AZ

BƏƏ-nin OPEK və OPEK+dan çıxması neft qiymətlərindəki qeyri-sabitliyi artıra bilər - "Rystad Energy"

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC və OPEC+təşkilatlarından çıxması qurum üçün ciddi strukturdəyişikliyidir.

Trend xəbər verirki, bunu “Rystad Energy” şirkətinin geosiyasi təhlil şöbəsininrəhbəri Xorxe Leon bildirib.

“OPEK və OPEK+ tarixən üzv ölkələrin qiymətləri sabitləşdirməküçün neft tədarükünü könüllü şəkildə məhdudlaşdırmaq hazırlığınaəsaslanıb. Birləşmiş Ərəb Əmirliklərinin bu təşkilatlardan çıxmasıqurum üçün ciddi struktur dəyişiklikdir, belə ki, bu addım qrupusərbəst hasilat güclərinin əsas mənbələrindən birindən məhrum edir.Gündə təxminən 4,8 milyon barel hasilat gücünə və hasilatı daha daartırmaq ambisiyalarına malik olan BƏƏ faktiki olaraq qrupdan mühümtəsir alətini alır”,- deyə Leon qeyd edib.

O əlavə edib ki, bu, OPEK-in təklif şoklarını idarə etmək vəqiymətlərə təsir göstərmək qabiliyyətini zəiflədir.

Leonun sözlərinə görə, bu qərarın qəbul edildiyi vaxt qlobalneft bazarında fundamental şərtlərin dəyişməsini əks etdirir:tələbat pik həddə yaxınlaşır və aşağı maya dəyəri ilə hasilataparan ölkələr üçün stimullar kvotalara əməl etməkdən çox, hasilatıən yüksək həddə çatdırmağa yönəlir.

“Tələbat pik həddə yaxınlaşdıqda, kvota sistemi çərçivəsindənövbədə gözləmək, gəlir itkisi kimi qəbul olunmağa başlayır”,- deyəo vurğulayıb.

“Rystad Energy” xəbərdarlıq edir ki, Səudiyyə Ərəbistanı çoxgüman ki, qiymət sabitliyinin qorunmasında yükün daha böyükhissəsini öz üzərinə götürməli olacaq, belə ki, BƏƏ-nin çıxışıqrupu bazarın əsas “amortizatorlarından” birindən məhrum edir.

Analitiklər həmçinin OPEK+ üçün uzunmüddətli nəticələrə diqqətçəkirlər və bildirirlər ki, alyans qısamüddətli şokların idarəolunmasında effektivlik göstərsə də, onun tələbatın strukturzəifləməsi şəraitində bazarı sabitləşdirmək imkanlarıməhdudlaşır.

“Rystad Energy”nin qiymətləndirməsinə görə, qlobal nefttələbatının pik həddə yaxınlaşması və onun sonradan azalmapotensialının olması nəzərə alınsa , istehsalçılar gələcəkdəkollektiv hasilat məhdudiyyətlərindən çox, bazar payına vəgəlirlərə üstünlük verə bilərlər ki, bu da əlaqələndirilmişsiyasətin davamlılığını sual altına qoyur.

Məqalədə:
Seçilən
22
1
az.trend.az

2Mənbələr