“Real”ın gənc müdafiəçisi Viktor Valdepenyas yayda komandanı tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 19 yaşlı futbolçu Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun maraq dairəsinə düşüb və tərəflər arasında danışıqlar davam edir.
“Transfermarkt”a əsasən, ispaniyalı oyunçunun dəyəri 5 milyon avro qiymətləndirilir.