Moskva, 28 aprel, AZƏRTAC
Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev və Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə ediblər.
AZƏRTAC Rusiya XİN-ə istinadla xəbər verir ki, görüş aprelin 28-də Moskvada keçirilib. Görüşdə ikitərəfli əməkdaşlığın cari gündəmində duran məsələlərə toxunulub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moksva