AZ

Aktrisa 12 ilik həyat yoldaşından boşandı

Məşhur aktrisa Pelin Karahan həyat yoldaşı Bedri Güntaydan boşanıb.

BAKU.WS xəbər verir ki, cütlük bu gün rəsmi olaraq illərdir davam edən münasibətə son qoyub.

Pelinlə Bedri qarşılıqlı razılaşma ilə boşanıblar.

Onlar bu barədə birgə məlumat da yayıblar.

"Qarşılıqlı sevgi və hörmət çərçivəsində qarşılıqlı razılaşma ilə evliliyimizi bitirdik..." - deyə, keçmiş cütlük bildirib.

Xatırladaq ki, Pelin Karahanla Bedri Güntay 12 il əvvəl böyük eşq yaşayaraq ailə qurub. Cütlüyün iki övladı var.

Seçilən
12
far.az

1Mənbələr