AZ

Tanınmış aparıcı avtomobil qəzası keçirdi 6 saat yolda qaldı FOTO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyalı tanınmış aparıcı avtomobil qəzası keçirib.

Avtosfer.az xəbər verir ki, NTV kanalında yayımlanan "Kvartirnıy vopros" verilişinin aparıcısı Viktoriya Panina Moskvada qəzaya düşüb.

O, hadisə barədə sosial şəbəkə hesabında məlumat verib.

Aparıcının sözlərinə görə, digər avtomobilin sürücüsü qırmızı işıqda hərəkət edərək onun maşınına çırpılıb.

"Maşınımın ön hissəsini tamamilə dağılıb", - deyə Panina bildirib.

"The Voice" nəşrinin yazdığına görə, aparıcı qəza nəticəsində yüngül xəsarətlər alıb və çox qorxub.

Hadisə səbəbindən o, "Kvartirnıy vopros" verilişinin çəkilişinə gecikib.

"Ümumilikdə 6 saat yol polisini gözlədim. Altı saat! Sənədləşmə isə əlavə 1 saat çəkdi. Nəticədə çəkilişə gəlib insanlara sevinc bəxş etməyə çalışdım", - deyə Viktoriya Panina əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
1
avtosfer.az

2Mənbələr