Avtosfer saytına istinadən ain.az xəbər verir.
Rusiyanın Nijni Novqorod vilayətində yanacaqdoldurma məntəqəsində partlayan “Volkswagen Passat” barədə xəbərlər tirajlanır.
Avtosfer.az xəbər verir ki, avtomobil sahibi onu alan kimi texniki baxışdan keçirib. Avtomobildə ciddi qüsur aşkarlanmayıb və o, maşını evə gətirməzdən əvvəl yanacaq doldurmaq istəyib. Hər şey elə burada baş verib.
Maşına yanacaq vurulan zaman qaz balonu partlayaraq texnikanı yararsız hala salıb. Yanğın baş vermədiyi üçün faciənin miqyası kiçik olub.
Rusiya mediası bu hadisəni xüsusi araşdırıb. Məlum olub ki, maşın 2009-cu ilin istehsalıdır və həmişə Rusiyada istismar edilib. Maşına elə zavodda qaz avadanlığı quraşdırılıb. İş burasındadır ki, “Volkswagen” qaz balonlarına görə 2009 və 2015-ci illərdə geriçağırma kampaniyaları təşkil edib.
Səbəb balonların korroziyaya uğrayaraq kipliyinin pozulmasıdır. Kampaniyalar zamanı balonlar pulsuz dəyişdirilib.
Bu avtomobilin əvvəlki sahibi böyük ehtimalla kampaniyalarda iştirak etməyib.
Vüqar Yaşaroğlu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.