AZ

“İmtahanların erkən keçirilməsi tədris prosesində davamiyyətə təsir göstərir Elçin Əfəndi

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Dövlət İmtahan Mərkəzi imtahan suallarını keçirilməyən mövzular üzərindən tərtib edərsə, əlbəttə ki, bu zaman bu DİM-in yanlışı ola bilər. Amma DİM imtahan suallarını tərtib edərkən yalnız keçirilən mövzuları əhatə edən sualları imtahanda istifadə edir".

Bunu Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin repetitorların gəlirlərinin azaldığı üçün 11 illik buraxılış imtahanlarının mart ayında olmasına etiraz etdikləri barədə fikrindən danışarkən bildirdi.

"Məleykə xanımın öz dediyinə əsaslansaq, bəzi repetitorların artıq mart ayında buraxılış imtahanı bitdikdən sonra bir növ gəlirləri azalır və etiraz edirlər ki, imtahanlar niyə tez oldu? Burada məqsəd bəlkə də abituriyent deyil, öz maraqlarını və yaxud da öz mənafelərini güdməyə hesablanıb. Düşünürəm ki, hardasa Məleykə Abbaszadənin haqlılıq payı var. Ümumilikdə, imtahanların erkən keçirilməsi tədris prosesində davamiyyətə təbii ki, təsir göstərir".

Həmsöhbətimiz vurğuladı ki, biz imtahanları may ayında və yaxud da iyun ayının 14-ü bitəndən sonra keçirə bilərik.

"Amma yeni qaydalara əsasən keçirilən imtahanlarda açıq-yazılı suallar ki var, onların yoxlanılması prosesi uzun müddət tələb edir. Ən azı minimum dörd həftə, maksimum isə altı həftə bu cavablar yoxlanılır. Araya bayram günləri, tətil günləri, yəni qeyri-iş günləri düşəndə isə bu proses bir qədər də yubanır. Ona görə də buraxılış imtahanlarının mart ayında keçirilməsinə bir qərar verilib. Ümumiyyətlə, imtahanların erkən keçirilməsi faktı təkcə bizim ölkəmizdə deyil, dünyanın bəzi ölkələrində də var. Məsələn, Fransada imtahanları noyabr, dekabr aylarında götürürlər", - deyə E.Əfəndi qeyd etdi.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
1
redaktor.az

2Mənbələr