AZ

BakuBus sürücüsünün davranışı müzakirə yaratdı: İkinci zolaqda saxlayıb aptekə getdi VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda "BakuBus" MMC-yə məxsus sərnişin avtobusu ilə bağlı diqqətçəkən hadisə baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.

Bildirilib ki, paytaxtın 7-ci mikrorayon ərazisində "BakuBus"a məxsus avtobusunun sürücüsü nəqliyyat vasitəsini yolun ikinci zolağında saxlayaraq yaxınlıqdakı aptekə gedib. Nəticədə nəqliyyat vasitələrinin hərəkətinə mane olub.

"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva faktı təsdiqləyib. O bildirib ki, qeyd olunan hal Abay Kunanbayev küçəsində qeydə alınıb.

"Belə ki, avtobusun sürücüsü hərəkət zamanı səhhətində yaranan narahatlıq səbəbindən nəqliyyat vasitəsini dayandırıb və dərman almaq məqsədilə aptekə daxil olub. Bildiririk ki, baş verən vəziyyət sürücünün səhhəti ilə bağlı yaranmış zərurətdən irəli gəlib. Bununla belə, sürücü ilə profilaktik söhbət aparılıb, analoji hallarda daha diqqətli davranması və qaydalara uyğun hərəkət etməsi ilə bağlı müvafiq tövsiyələr verilib", - deyə Ə.Əliyeva bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
avtosfer.az

1Mənbələr