AZ

“İmtahan vaxtının 15 dəqiqə artırılması çox önəmlidir” -Millət vəkili

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi 11 illik buraxılış imtahanlarında xarici dil fənni üzrə yeni imtahan modelini nəzərə alaraq imtahanın 15 dəqiqə artırılmasını nəzərdə tutub.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, bu sahədə davamlı olaraq islahatların həyata keçirilməsinə ehtiyac var:

"Bütün sahələrdə olduğu kimi, imtahan sistemində də zaman-zaman islahatlar aparılır. Mövcud tendensiyalar, mövcud yeniliklər nəzərə alınaraq, bu istiqamətdə davamlı olaraq müxtəlif addımlar atılır. Düşünürəm ki, burada əsas hədəf və məqsəd prosesin daha da təkmilləşdirilməsi və şəffaflaşdırılmasıdır. Dövlət İmtahan Mərkəzində ekspertlər çalışırlar və bu ekspertlər bu prosesi davamlı olaraq təhlil edirlər və müəyyən qərarları qəbul edərək addımların atılması üçün bir sıra tövsiyələr verirlər. Görünür ki, artıq 25 qapalı sual, bir yazı tapşırığı olması məsələsi bu qədər müzakirələrdən sonra gəlinmiş bir qərardır".

Millət vəkilinin sözlərinə görə, imtahan vaxtının 15 dəqiqə artırılması çox önəmlidir:

"Çünki bəzən abituriyentlər vaxtın çatışmaması ilə bağlı fikirlər bildirirlər. Vaxtın artırılması narazılıqların qarşısını alacaq və bu prosesin həllinə bu məsələ birmənalı olaraq öz töhfəsini verəcək, burada öz sözünü deyəcək və ciddi rolunu oynayacaq".

Aytəkin TOFİQQIZI

Seçilən
31
1
redaktor.az

2Mənbələr