ain.az, Xalqcebhesi saytına istinadən bildirir.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) OPEK və OPEK+ ittifaqlarından çıxdığını bəyan edib. Bu qərar neft ixracatçıları birliklərinə və onların faktiki lideri olan Səudiyyə Ərəbistanına ağır zərbə hesab olunur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bu hadisə İrandakı müharibənin tarixi enerji şokuna səbəb olduğu və dünya iqtisadiyyatını sarsıtdığı bir vaxtda baş verir.
Nəşr yazır ki, OPEK-in uzunmüddətli üzvü olan BƏƏ-nin itirilməsi xaosla nəticələnə bilər. Bu, geosiyasətdən tutmuş hasilat kvotalarına qədər bir çox məsələdə daxili fikir ayrılıqlarına rəğmən, adətən birlik nümayiş etdirməyə çalışan qrupu zəiflədəcək.
Məryəm Quliyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.