“Napoli”nin hücumçusu Romelu Lukaku karyerasını “Milan”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, belçikalı futbolçu rəhbərliklə yaşadığı problemlərə görə Neapol klubundan ayrılmağa yaxındır. Onun “İnter”ə qayıdışı isə gündəmdə deyil.
Hazırda tərəflər arasında danışıqlar gedir. Lukaku bu mövsüm “Napoli”də 7 oyunda 1 qol vurub.