AZ

Türkiyədə narkotik əməliyyatında 638 şübhəli həbs edilib

Türkiyə narkotik satıcılarını hədəf alan əməliyyatlarda 767 kiloqram narkotik və 3.340.726 ədəd narkotik həbi müsadirə edilib.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Narkotiklərlə Mübarizə İdarəsi və Baş Prokurorluq koordinasiyalı şəkildə 75 əyalətdə eyni vaxtda əməliyyatlar həyata keçirib. 1.319 şübhəli saxlanılıb, 638 nəfər isə həbs edilib. Araşdırmalar davam etdirilir.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
37
missiya.az

1Mənbələr