AZ

Doğuş otağında ananın yox, atanın ürəyi getdi VİDEO

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Braziliyalı bir kişi uşağının doğulması zamanı doğum otağında huşunu itirdikdən sonra internetdə ulduza çevrilib. 

“Cebheinfo.az” xəbər verir ki, Braziliyanın Krikyuma şəhərindən olan Maykon Pedroso həyat yoldaşı Mariana Felipenin yerli xəstəxanada qeysəriyyə əməliyyatına baxarkən, huşunu itirib. 

Həkimlər yeni doğulmuş körpəni anasının sinəsinə qoyarkən, kişi qəfildən halsızlaşıb və huşunu itirib, mamaçanın qucağına yıxıldı. Otaqda olan bir fotoqraf bu səhnəni çəkib və video daha sonra sosial mediada yayılaraq 20 milyondan çox baxış toplayıb.

Kadrlarda tibb bacısının kişini tutduğu, qucaqladığı və uzanmasına kömək etdiyi, sonra isə onun tamamilə huşunu itirdiyi görünür. Başqa bir işçi onun ayaqlarını qaldıraraq və yelləyərək onu həyata qaytarmağa çalışdığı görünür.

İşçilər ataya qulluq edərkən, həkimlər sakitcə yeni doğulmuş körpə üzərində işləməyə davam etdilər, bəziləri hətta gülümsəyib.

"Qadınlar bu prosesin atalar üçün nə qədər çətin olduğunu başa düşmürlər. Döz, döyüşçü!",- deyə bir istifadəçi zarafatla bildirib.

Başqa biri "Uşağın doğulması  və atanın yenidən doğulması" yazıb.

Həkimlər doğuşun rahat və ağırlaşmasız keçdiyini bildiriblər.

Onların sözlərinə görə, ata doğuş anında qəfildən huşunu itirib, lakin tezliklə özünə gəlib.

Maykonun özü daha sonra yerli mediaya etiraf edib: 

"Körpənin doğulduğu andan heç nə xatırlamıram".

https://video.dailymail.com/video/mol/2026/04/27/7125640459270601919/1024x576_MP4_7125640459270601919.mp4

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
1
cebheinfo.az

2Mənbələr