AZ

Türkiyədə “Nəsillərarası istedadın üzə çıxarılması” mövzusunda Bacarıqlar Sammiti keçirilir

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Türkiyə Respublikasının birgə təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində “Nəsillərarası istedadın üzə çıxarılması” mövzusunda Bacarıqlar Sammiti keçirilir.

Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Sammitdə ölkəmizi əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitin açılış mərasimində iştirak edib. Bu tədbirin bacarıqlar sahəsində qlobal dialoq üçün güclü bir təməl yaradacağını düşündüyünü bildirən Türkiyənin dövlət başçısı Zirvə görüşünə uğurlar arzulayıb və tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirib.

Müxtəlif ölkələrdən nazirlər və digər yüksək vəzifəli rəsmiləri, beynəlxalq təşkilatlardan, təhsil, əmək, iqtisadiyyat, innovasiya, miqrasiya və s. sahələrdən nümayəndələri bir araya gətirən Sammit insanların bacarıqlarının həyatın bütün mərhələlərində inkişaf etdirilməsi və onların potensialından tam istifadə olunması məsələlərinə dair müzakirə aparmaq məqsədi daşıyır. Tədbir demoqrafik dəyişikliklər, geniş rəqəmsallaşma və yaşıl iqtisadiyyata keçid dövründə daha da aktuallaşan bu məsələlərin həlli ilə bağlı təcrübələri bölüşmək üçün bir platforma rolu oynayır.

Seçilən
54
13
publika.az

10Mənbələr