AZ

BakuBus sürücüsü avtobusu dəmir maneəyə çırpdı VİDEO YENİLƏNİB

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

"BakuBus" MMC-nin istismarında olan 49 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində ötən gün yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"BakuBus" MMC-dən verilən məlumata görə, marşrutun son dayanacağı olan Mehdi Hüseynzadə küçəsində, sürücü sonuncu dayanacaqda avtobusu park edərkən ehtiyatsızlıqdan nəqliyyat vasitəsi dəmir maneəyə dəyib, nəticədə avtobusun ön hissəsi zədələnib.

Bu zaman avtobusda sərnişin olmayıb. Sürücü dərhal Monitorinq Mərkəzinə məlumat verib və avtobus xəttdən çıxarılaraq depoya yönləndirilib. Qeyd olunan hal üzrə operativ tədbir görülüb, sürücü təkrar təlimə cəlb edilib./baku.ws

***

Paytaxtda "BakuBus" MMC-yə məxsus avtobuslardan biri qəza keçirib.

Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Hadisənin Qaradağ rayonu ərazisində baş verdiyi bildirilib.

Bildirilir ki, avtobus yol-nəqliyyat qəzasına düşüb və nəticədə qapısının şüşəsi qırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
avtosfer.az

1Mənbələr