AZ

Prezident Kuboku : 16 ölkənin avarçəkənləri paraddan keçib

Azertag saytına istinadən ain.az xəbər verir.

Mingəçevir, 28 aprel, AZƏRTAC

Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının iştirakçı komandalarının rəsmi paradı olub.

AZƏRTAC xəbər verir ki, şəhərin mərkəzində təşkil olunan paradda Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan komandaları iştirak ediblər.

Parad zamanı əvvəlcə rəsmi şəxslər və qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət ediblər. Daha sonra iştirakçı komandaların Heydər Əliyev prospekti boyunca keçidi olub.

Şəhər sakinlərinin böyük coşqu ilə qarşıladığı paradın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Rəsmi hissədən sonra müxtəlif rəqs və musiqi nömrələri təqdim olunub.

Saat 19:00-dan etibarən isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında rəsmi açılış mərasimi keçiriləcək. Tədbir zəngin bədii proqramla davam edəcək. Tamaşaçılara müxtəlif rəqs və musiqi nömrələri, eləcə də xüsusi şou proqramlar təqdim olunacaq.

Tədbir atəşfəşanlıqla yekunlaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
2
azertag.az

3Mənbələr