FIFA qarşıdan gələn dünya çempionatı üçün cəza qaydalarında dəyişiklik etməyi planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, sarı vərəqələr təkcə 1/4 finaldan sonra deyil, qrup mərhələsi bitdikdən sonra da silinəcək. Məqsəd vacib oyunlarda diskvalifikasiya riskini azaltmaqdır.
48 komandalı formatda əlavə 1/16 final mərhələsi olacağı üçün komandalar qısa müddətdə daha çox oyun keçirəcək.
Turnir 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq.