AZ

Pelin Karahan boşandı

Türkiyəli məşhur aktrisa Pelin Karahan ilə həyat yoldaşı, iş adamı Bedri Güntay arasında uzun müddətdir davam edən evlilik artıq rəsmi olaraq başa çatıb.

Musavat.com xəbər verir ki, 12 il davam edən ailə həyatından sonra cütlük məhkəmənin qərarı ilə boşanıb.

Məlumata görə, tərəflər bir müddətdir münasibətlərində problemlər yaşayırdı və ayrılıq qərarı qarşılıqlı razılıq əsasında verilib. Boşanma prosesi də qalmaqalsız həyata keçirilib.

Xatırladaq ki, Pelin Karahan və Bedri Güntay 2014-cü ildə ailə qurmuşdu. Onların bu evlilikdən iki oğlu dünyaya gəlib. Cütlük uzun illər Türkiyə şou-biznesində nümunəvi ailələrdən biri kimi göstərilsə də, son vaxtlar mediada münasibətlərində soyuqluq olduğu ilə bağlı xəbərlər yayılırdı.

Könül
Musavat.com

Seçilən
62
7
musavat.com

8Mənbələr