Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Məşhur aktrisaların çəkiliş meydançasında dalaşması barədə yayılan xəbərlər gündəmi silkələyib.Demokrat.az xəbər verir ki, bu barədə aktrisa Sümeyye Aydoğan şəxsən danışıb. "Yeraltı" serialında Devrim Özkanla aralarında inciklik yaşandığına dair iddialara aydınlıq gətirən sənətçi bu sözlərin əsassız olduğunu bildirib. Bir müddət əvvəl sosial mediada aktrisaların bir-birini hədəf aldığı, hətta rol bölgüsü üstündə mübahisə etdikləri iddia olunurdu. Sümeyye Aydoğan jurnalistlərin suallarını cavablandırarkən məsələyə son qoyub:"Yox, elə bir şey yoxdur! Eşitmiş ola bilərsiniz, amma yalan və səhv xəbərlərdir. Belə hadisələr yaşanmayıb".Qeyd edək ki, qalmaqalın fitilini alovlandıran məqam Devrim Özkanın tərəf müqabili Deniz Can Aktaşla olan şəkillərini silməsi olmuşdu. Bunun ardınca Sümeyye Aydoğanın Aktaşla foto paylaşması başrol uğrunda savaşın başladığı kimi şərh edilmişdi. Lakin Sümeyye Aydoğan bütün bu baş verənlərin sadəcə bir anlaşılmazlıq olduğunu vurğulayaraq iş birliyinin davam etdiyini eyham vurub.İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.