AZ

Arvadım məndən icazəsiz Zaqatalaya gedirdi

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zaqatala rayonunda ər arvadına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1982-ci il təvəllüdlü Bəhlul həyat yoldaşı Aynurə (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında yaranan mübahisə zamanı arvadının başına yumruqla zərbələr vurub. İş üzrə izahat verən Bəhlul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2005-ci ildə Zaqatala rayonu sakini Aynurə ilə ailə qurub, birgə nikahından üç övladları var: “2006-cı il təvəllüdlü qızım Xəyalə Zaqatala şəhərində işləyir və orada da yaşayır. Yetkinlik yaşına çatmayan digər iki övladım isə mənimlə birlikdə yaşayır. Mən ailə qurduqdan sonra bir müddət Aynurə ilə birlikdə Balakən rayonunun kəndində yaşamışıq. Sonra isə Zaqatala rayonunun kəndində yeni ev tikmişik və birlikdə həmin evdə yaşamağa başlamışıq. Təxminən bir ildir Aynurə mənə bildirmədən, məndən soruşmadan yaşadığımız evdən çıxaraq rəfiqəsi Ləman ilə birlikdə Zaqatala şəhərinə getməyə, zəng vuraraq soruşduqda mənə yerini düzgün deməməyə və evə axşam saatlarında qayıtmağa başladı. Buna görə onunla aramızda mübahisələrimiz oldu. Mən dəfələrlə Aynurədən rəfiqəsi Ləman ilə münasibətini kəsməsini, məndən xəbərsiz Zaqatala şəhərində getməməsini tələb etməyə başladım. Buna baxmayaraq o, hərəkətlərinə davam etdi”. Təqsirləndirilən şəxs deyib ki, bu məsələ ilə bağlı Ləmanın anasını evinə dəvət etmək, Ləman ilə Aynurənin hərəkətləri barədə onun anası ilə danışmaq, Ləmanın anasından qızından Aynurə ilə münasibətini kəsməsini tələb etməsini istəyib:“Bu səbəbdən də məlum hadisə günü, saat 22 radələrində Aynurəyə rəfiqəsi Ləman ilə aralarında olan münasibətə son qoymaq üçün onun anasını evə qonaq çağıracağımı bildirdim. Aynurə mənim Ləmanın anasını evə dəvət etməyimə narazılıq etdi. Buna görə aramızda mübahisə yarandı. Həmin mübahisə zamanı Aynurə evdə sobanın yanında olan odunu götürərək mənə atdı. Odun mənə dəyməsə də, onun hərəkətinə əsəbləşdim. Əsəblərimi cilovlaya bilməyərək, Aynurənin üstünə hücum çəkdim, baş nahiyəsinə təxminən 5-6 dəfə yumruqla zərbələr vurdum. Aynurə həmin an müdafiə olunmaq üçün əlləri ilə başını tutdu. Bu zaman sol qolundan tutaraq onu dartışdırdım. Aynurə həmin vaxt əlimdən çıxaraq həyətə qaçdı. Qaçdığı zaman onun bel nahiyəsinə təpik atdım. Lakin həmin təpik Aynurəyə dəymədi və o, evdən həyətə qaçdı”. Zaqatala Rayon Məhkəməsinin hökmü ilə  “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
demokrat.az

1Mənbələr