Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ-da Long-Aylend manyakı kimi tanınan 62 yaşlı memar Reks Hoyermann səkkiz qadını öldürdüyünü etiraf edib.Bizim.Media xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.Məlumata görə, Nyu-York ştatında polis və FTB 13 il ərzində ABŞ tarixinin ən sirli silsilə qətllərindən birini araşdırıb. 2010-2011-ci illərdə Long-Aylenddə bir neçə qadının qalıqları tapılıb.Daha sonra cinayət izlərinin 1990-cı illərə qədər gedib çıxdığı müəyyən edilib.2023-cü ildə memarlıq bürosunun sahibi Reks Hoyermann həbs olunub. İstintaq onun qurbanlarla əlaqəsini telefon məlumatları, DNT izləri və digər dolayı sübutlarla əsaslandırıb.2026-cı il aprelin 8-də Hoyermann məhkəmədə səkkiz qadını boğaraq öldürdüyünü etiraf edib.Bununla belə, Long-Aylenddəki bəzi qətllərlə bağlı hələ də tam aydınlıq yoxdur. İstintaq bəzi qurbanların ölümündə Hoyermannın iştirakını sübut edə bilməyib.


Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.