AZ

Xətaidə təhlükə: Külək işıq dirəyini yerindən oynatdı VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtın Xətai rayonunda yol infrastrukturuna aid təhlükəli vəziyyət qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 28-də səhər saatlarında Yusif Səfərov küçəsidə baş verib.

Belə ki, güclü külək nəticəsində yol kənarında quraşdırılmış işıq dirəklərindən biri kökündən oynayıb və yellənməyə başlayıb. Bu səbəbdən ərazidən keçən nəqliyyat vasitələri və piyadalar üçün potensial təhlükə yaranıb.

Qeyd edək ki, son iki gündür paytaxt ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılması gözlənilir.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
70
avtosfer.az

1Mənbələr