AZ

Rusiya Pakistanın İran ABŞ münaqişəsində vasitəçilik rolunu yüksək qiymətləndirdi

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyi Moskvanın İran və ABŞ arasında gərginliyin azaldılması istiqamətində Pakistanın vasitəçilik rolunu müsbət qiymətləndirdiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 28 apreldə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Pakistanın Moskvadakı səfiri Feysəl Niyaz Tirmizi ilə görüş keçirib. Görüş zamanı ikitərəfli münasibətlər və Yaxın Şərqdə mövcud böhran vəziyyəti müzakirə olunub.

Rusiya tərəfi İslamabadın İran və ABŞ arasında yaranmış münaqişənin həllində vasitəçilik səylərini yüksək qiymətləndirdiyini vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
1
redaktor.az

2Mənbələr