AZ

Mərkəzi Bank kapital bazarları üzrə hədəflərini açıqlayıb

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) "2024–2026-cı illər üzrə Maliyyəsektorunun inkişaf strategiyasının 2025-ci il üzrə icra vəziyyətihesabatı"nda kapital bazarlarının inkişafı üzrə növbəti addımlarımüəyyənləşdirib.

Trend bubarədə AMB-yə istinadən xəbər verir.

Məlumata əsasən, Mərkəzi Bank tərəfindən IOSCO (BeynəlxalqQiymətli Kağızlar Komissiyaları Təşkilatı) prinsiplərinə uyğunluğuntəmin edilməsi, klirinq və hesablaşma funksiyaları baxımından əsasinfrastruktur elementi kimi Mərkəzi Kontragent İnstitutunun (MKİ)yaradılması potensialının qiymətləndirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, investisiya fondları ilə bağlı tənzimləyiciçərçivənin qabaqcıl təcrübələrə uyğun olaraq təkmilləşdirilməsi,təkmilləşdirilmiş nəzarət planının tərtib edilməsi və nəzarətalətlərinə, məlumat mənbələrinə və təhlil metodlarına (SupTech)yenidən baxılması planlaşdırılır.

Eyni zamanda görüləcək işlər kimi risk əsaslı nəzarətçərçivəsinin hazırlanması və tətbiqi də planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi"2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"2025-ci ildə 85,6% icra edilib.

Dövr ərzində strategiya çərçivəsində Bank sektoru üzrə icra86,3%, sığorta sektoru üzrə 80%, kapital bazarları üzrə 84,6%,ödəniş sektoru üzrə 86,5%, rəqəmsal maliyyə üzrə 84,7%, dayanıqlımaliyyə üzrə 100%, peşəkar inkişaf və maliyyə məlumatlılılığı üzrəicra 85,7% təşkil edib.

Məqalədə:
Seçilən
35
1
az.trend.az

2Mənbələr