Bakı. Trend:
“Azərbaycan Respublikası Hökuməti ilə Belarus RespublikasıHökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması vədəyişdirilməsi haqqında Saziş” təsdiq edilib.
Trend xəbərverir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb
Qanuna əsasən, 2026-cı il yanvarın 16-da Bakı şəhərindəimzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə BelarusRespublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlıtanınması və dəyişdirilməsi haqqında Saziş” təsdiq edilib.