AZ

Azər Qasımlını həbs etdirən şəxs indi də onun xanımından şikayətçidir SAMİRƏ QASIMLI HAKİM QARŞISINA ÇIXARILDI

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hazırda həbsdə olan siyasətçi Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlının da cinayət məsuliyyətinə cəlb edilməsi tələbiylə aprelin 24-də məhkəmə prosesi başlanıb.

Gununsesi.info–nun xəbərinə görə, Binəqədi rayon Məhkəməsində S.Qasımlıya qarşı xüsusi ittiham qaydasında qaldırılmış şikayət üzrə hazırlıq iclası keçirilib.

Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə S.Qasımlının cəzalandırılmasını onun əri A.Qasımlının işində zərərçəkmiş qismində tanınan Qurbanəli Yusibov tələb edib.

O, məhkəməyə ərizəsində iddia edir ki, S.Qasımlı Facebook hesabındakı paylaşımlarında onu hədələyib, böhtan atıb, həyatına təhlükə yaradıb.

Hazırlıq iclasında S.Qasımlının anket məlumatları dəqiqləşdirilib.

Ardından vəkil Aqil Layıc bu işin Yasamal rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət qaldırıb.

Müdafiəçi vəsatəti əsaslandırarkən, S.Qasımlının gerçək yaşayış ünvanının Yasamal rayonunda olmasını vurğulayıb:

“Burada söhbət Samirə Qasımlının əməlində cinayət tərkibi olub-olmamasından getmir. Məsələ burasındadır ki, Samirə Qasımlı ailə qurandan bəri Yasamal rayonunda yaşayır. Binəqədi rayonunda onun ata evidir. Paylaşımları da öz evindən edib. Ona görə işə də Yasamal Rayon Məhkəməsində baxılmalıdır”.

Hakim Zamiq Bağırov bildirib ki, vəsatət yazılı şəkildə təqdim olunanda baxılıb qərar veriləcək.

Proses mayın 1-dək ertələnib.

Afət

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
64
icma.az

1Mənbələr