AZ

FİFA sarı vərəqələrin ləğvi ilə bağlı QƏRAR VERƏCƏK

Beynəlxalq Futbol Federasiyası (FİFA) 2026-cı il dünya çempionatında oyunçuların pley-off matçlarını buraxmaq riskini azaltmaq üçün qrup mərhələsindən sonra bütün sarı vərəqələrin ləğvi imkanlarını araşdırır.

Musavat.com xəbər verir ki, bu təklif "The Athletic" nəşri tərəfindən yayılıb.

Gözlənilir ki, ABŞ, Kanada və Meksikada keçiriləcək turnirdə sarı vərəqələrin toplanmasına görə tətbiq edilən sanksiyalarla bağlı yeni qaydalar FİFA Şurasının Vankuverdə keçiriləcək iclasında müzakirə olunacaq.

Nəşrin məlumatına görə, dünya çempionatında komandaların sayının 32-dən 48-ə qaldırılması ilə əlaqədar olaraq, FİFA həddindən artıq diskvalifikasiyaların qarşısını almaq üçün qaydalarda dəyişiklik etməyi planlaşdırır.

Musavat.com

Seçilən
44
2
musavat.com

3Mənbələr