Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı partiyasının parlament qrup iclasında mühüm açıqlamalar verib.
Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Türkiyə ilə bağlı açıqlamasına reaksiya verən Baxçalı deyib: “İllərdir Avropa Birliyi Türkiyəni üzvlük çərçivəsindən kənarda, təhlükəsizlik məsələlərində içəridə, dəyərlər müzakirəsində və yük paylaşımında uzaqda saxlamağa çalışıb. Bu münasibət siyasi etika baxımından qüsurludur. Avropa indi öz siyasi korluğu ilə üzləşir. Avropa Türkiyəsiz heç nə edə bilməz”.
O, sözünə davam edərək deyib: “Bunu açıq şəkildə bildirirəm. Türkiyə olmanda təhlükəsizlik, enerji, miqrasiya idarəçiliyi, nəqliyyat və ya regional tarazlığın qurulmasında heç nə edə bilməz. Lakin Türkiyə Avropanın təsnifatlarına məhkum edilmiş bir ölkə kimi qəbul edilə bilməz. Türkiyə Avropasız tarix, bir dövlət, bir xatirə, bir coğrafiya, mərkəzi bir həqiqətdir. Ümidimiz odur ki, Avropa onun şüuraltına sığınmış bu həyasız düşüncələrlə qarşılaşacaq. Hesabatını şüarlarla deyil, reallıqla aparacaq. Türkiyəyə qarşı istifadə etdiyi dili öz mənafeyi ilə deyil, rasionallıqla yeniləyəcək”.
"AzPolitika.info"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.