AZ

Qarabağ 60 cı dəfə bunu bacardı Musa 700 cü qolu vurdu

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"Qarabağ" Azərbaycan çempionatları tarixində 60-cı dəfə səfərdə böyükhesablı qələbə qazanıb.

Qaynarinfo Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Ağdam klubu Misli Premyer Liqasının XXIX turunda yubileyi gerçəkləşdirib.

"Neftçi"nin qonağı olan ağdamlılar üç xalı 5 qolla qazanıblar – 5:1.

"Qarabağ" turnirdə qazanılan böyükhesablı qələbələrin həm ümumi sayında, həm də səfərdəki göstəricidə rekordçudur.

Komanda çempionatda rəqib meydanında ilk belə qələbəsini 1992-ci il iyunun 29-da qazanıb. Kürdəmir "Şirvan"ı ilə görüşdə qonaqlar üç cavabsız qolla qalib gəlib.

"Qarabağ" həmçinin Azərbaycan çempionatlarında 700-cü səfər qolunu vurub. Yubiley topuna Musa Qurbanlı imza atıb.

O, Misli Premyer Liqasının XXIX turunun "Neftçi" ilə oyununda (5:1) hesabı açıb. Rəqib meydanlarında 488-ci görüşünə çıxan Ağdam klubu qol sayını 704-ə çatdırıb. Bu göstəricidə mütləq rekordçu olan "Qarabağ"ın orta məhsuldarlığı 1,44-ə bərabərdir.

Ağdamlıların ilk qolu 1992-ci il mövsümünə təsadüf edib. 1992-ci il mayın 9-da "Plastik"lə matçın (2:0) 55-ci dəqiqəsində Cavanşir Novruzov meydan sahiblərinin qapısına yol tapıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
15
qaynarinfo.az

10Mənbələr