AZ

Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib

Ətraf mühitin mühafizəsi və tullantıların düzgün idarə olunması sahəsində ekoloji maarifləndirmənin artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası təşkil olunub.

Qaradağ rayonunun Lökbatan qəsəbəsində keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu 210 litr olan şüşə, 888 litr olan plastik tullantı və 640 ədəd işlənmiş batareya təhvil verərək əvəzində Eldar şamı, sərv və badam tingləri əldə ediblər. 
Bu kimi layihələrdə fəal iştirak edən bütün vətəndaşlara təşəkkürümüzü bildiririk. Onların məsuliyyətli yanaşması və təşəbbüskarlığı daha sağlam və yaşıl gələcəyin formalaşmasına mühüm töhfə verir.
Seçilən
80
ekologiya.az

1Mənbələr