AZ

Müharibə bahalaşma yaradıb

İranla müharibə Amerika iqtisadiyyatına zərər vurub. 

“Cebheinfo.az” Qərb mediasına istinadən xəbər verir ki, İran və ABŞ arasında səkkiz həftəlik müharibə ABŞ iqtisadiyyatına mənfi təsir göstərib. 

Mənbələrə görə, müharibə fonunda ABŞ-də benzin qiymətləri qalon üçün 4 dollardan yuxarı səviyyədə qalır. Bu vəziyyət həm nəqliyyat xərclərini artırıb, həm də ümumi qiymət artımına təkan verib. 

Məlumata əsasən, münaqişə eyni zamanda mənzil bazarında çətinlikləri dərinləşdirib və inflyasiya göstəricisi təxminən son iki ilin ən yüksək səviyyəsinə yüksəlib. 

“Moody’s Analytics”-in baş iqtisadçısı Mark Zandi bildirib ki, münaqişə tezliklə başa çatsa belə, ABŞ iqtisadiyyatına təsiri uzun müddət hiss olunacaq. 

O qeyd edib ki, zərər artıq dəyib və bunun əsas səbəblərindən biri neft bazarlarında yaranan qısamüddətli, ancaq ciddi qeyri-sabitlikdir. 

Seçilən
47
1
cebheinfo.az

2Mənbələr