AZ

Yeni körpülər tikiləcək - SƏRƏNCAM

Ajans.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 aprel tarixli sərəncamına əlavədə öz əksini tapıb. Sənədə əsasən, Lökbatan-Güzdək yolunun 2,2-ci kilometrliyində yerləşən düzbucaqlı suötürücü borunun bərpası, həmçinin həmin ərazidə biraşırımlı yeni körpünün layihələndirilərək tikilməsi planlaşdırılır. Bununla yanaşı, Səngəçal-Çeyildağ yolunun 13-cü kilometrliyində dağılmış körpünün əvəzinə yeni körpünün layihələndirilməsi və inşası da nəzərdə tutulan tədbirlər sırasına daxildir.

Qeyd edək ki, əlavədə yer alan tədbirlər güclü yağıntılar nəticəsində zərər görmüş yol-nəqliyyat infrastrukturunun bərpası və bölgələrdə nəqliyyatın təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Seçilən
47
4
Ajans.az

5Mənbələr