AZ

Məktəblərdə vakansiyalar sıfırlanacaq - RƏSMİ AÇIQLAMA

“Direktor müavini olmaq istəyən namizədlərdən əvvəlki şərt və tələblərə əlavə olaraq, onların öz ixtisasları üzrə yüksək nəticə balları toplamaları gözlənilir və bu, əsas tələblərdən biri kimi irəli sürülüb”.

Redaktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov keçirdiyi brifinqdə bildirdi.

Onun sözlərinı görə, may ayının ikinci yarısından etibarən direktor müavini vəzifəsi vakant olan məktəblər üzrə elanlar təqdim olunacaq:

“Direktor müavinlərinin işə qəbulu ilə bağlı əsas hədəfimiz yeni tədris ilinə qədər, yəni sentyabr ayına qədər, ölkə üzrə direktor vəzifəsi vakant olan məktəblərin sayını sıfıra endirməkdir. Bu hədəfi müəyyən etmişik və may ayından başlayaraq proses növbəti iki ay ərzində, yay aylarında da davam edəcək. Sentyabr ayına qədər vakant vəzifələrin sayını sıfıra endirməyi planlaşdırırıq.

Növbəti olaraq, iyul ayı ərzində ənənəvi olaraq həyata keçirilən əsas proseslərdən biri təhsilin təşkili baxımından ən vacib istiqamətlərdən olan müəllim tələbatının qarşılanmasıdır. Bildiyiniz kimi, bu il də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək. Bu mərhələ yay aylarında, iyul ayının əvvəlində 1–8 iyul tarixləri arasında planlaşdırılır. Ötən illərdə olduğu kimi, dövlət orqanının müvafiq qərarına əsasən, müsabiqədə iştirak edən namizədlər üçün ödənişli iştirak nəzərdə tutulur”.

NURİYYƏ

Seçilən
61
redaktor.az

1Mənbələr