BAKI, 28 aprel. TELEQRAF
“Şagird davranış qaydaları artıq bütün məktəblərdə tətbiq edilir və bu sahədə mütəmadi monitorinqlər aparılır”.
Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında bildirib.
O bildirib ki, bu qaydalar arzuolunmaz halların sayının azalmasında mühüm rol oynayır.
“Agentliyin tabeliyində 4 min məktəbin olması isə bu cür halları qaçınılmaz edir”.