"Son bir neçə ildə keçirilən müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi istiqamətində aparılan sertifikatlaşdırma prosesidir".
Redaktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov keçirdiyi brifinqdə bildiridi.
Onun sözlərinə görə, bu il bu prosesin üçüncü və sonuncu mərhələsi nəzərdə tutulub:
"Təxminən 30 minə yaxın müəllim tarix, ingilis dili, texnologiya, fiziki tərbiyə və musiqi fənləri üzrə bu prosesdə iştirak edəcək. Ümumilikdə, 20 minə yaxın müəllimin iştirak edəcəyi gözlənilir və sertifikatlaşdırmadan keçən müəllimlərin əməkhaqlarında artımlar olacaq. Belə müəllimlərin sayının sentyabr ayından etibarən 90 minə çatdırılması planlaşdırılır".
NURİYYƏ