AZ

AMEA-nın rəhbəri: RSXM tərəfindən proqnozların verilməsi təcrübələrə, elmin son nailiyyətlərinə əsaslanır

Bakı, 28 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) baş verən hadisələr haqqında dəqiq proqnozlar verərək cəmiyyəti ajiotajdan xilas edir.

AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli "Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda keçirilən Respublika Elmi Konfransında bildirib.

Onun sözlərinə görə, RSXM tərəfindən proqnozların verilməsi təcrübələrə, elmin son nailiyyətlərinə əsaslanır.

"Azərbaycan seysmologiya elmi dünya elminin tərkib hissəsidir. Respublika Seysmoloji Xidmət Mərkəzinin daxili və xarici əlaqələri genişlənib. Bu əlaqələr onun nailiyyətlərinin dünyaya tanıdılmasına töhfə verir. Mərkəzin davamlı əlaqə saxladığı, birgə fəaliyyət göstərdiyi qurum isə Fövqəladə Hallar Nazirliyidir", - deyə İsa Həbibbəyli qeyd edib.

Seçilən
3
azertag.az

1Mənbələr