AZ

Qazaxıstanda yeni superkompüter istifadəyə veriləcək

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Astana, 28 aprel, AZƏRTAC

Bu ilin noyabrında Qazaxıstanın Kosşı şəhərində hazırda Almatıda fəaliyyət göstərən analoqundan daha çox gücə malik yeni superkompüter istifadəyə veriləcək. Bu barədə məlumatların emalı üzrə yeni mərkəzlərin inşasına dair hökumət müşavirəsində məruzə edən “Kazaxtelekom” SC İdarə Heyətinin sədri Bağdat Musin bildirib.

AZƏRTAC Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, “Kazaxtelekom” ölkənin ən böyük data mərkəzi şəbəkəsini idarə edir, onun 25 MVt gücündə 1700-dən çox server məntəqəsi var və bu şirkət 47 faiz bazar payına malikdir.

2025-ci ilin oktyabr ayında Almatıda “AI-Farabium” superkompüteri istifadəyə verilib. Hazırda hesablama gücü 100 faiz olmaqla, bu cihaz dünyanın ən güclü superkompüterləri arasında 103-cü yerdədir.

Bağdat Musin, həmçinin “Kazaxtelekom”un Ekibastuzdakı Data Mərkəzi Vadisi layihəsinin operatoru təyin olunduğunu açıqlayıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
azertag.az

2Mənbələr