AZ

Xidmət rəisi: Nümunəvi müəssisələrdə “Vision Zero” modelinin tətbiqi istiqamətində işlər həyata keçirilir

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbərin mətni

Əməyin mühafizəsi və iş yerlərində təhlükəsizliyin təmin olunması sistemli yanaşma və düzgün idarəetmə prinsiplərinin tətbiqini tələb edir. Bu çərçivədə nümunəvi müəssisələrdə “Vision Zero” modelinin tətbiqi istiqamətində işlər həyata keçirilir. “Vision Zero” iş yerlərində ölüm hallarının, ağır xəsarətlərin və peşə xəstəliklərinin qarşısının alınmasını hədəfləyən beynəlxalq təhlükəsizlik modelidir və “hər qəzanın qarşısı alına bilər” prinsipinə əsaslanır. Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş " İş yerlərində psixososial risklərin idarə olunması: Müasir yanaşmalar və həll yolları" mövzusunda keçirilən konfransda deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
2
icma.az

3Mənbələr