AZ

Qatarlar toqquşdu - 14 ölü

İndoneziyanın paytaxtı Cakarta yaxınlığında iki qatarın toqquşması nəticəsində 14 nəfər ölüb, 84 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, hadisə ötən gecə Cakarta yaxınlığındakı Bekasi şəhərində baş verib. Şəhərətrafı qatar əvvəlcə relslərdəki taksiyə dəyib, sonra isə uzun məsafəli qatarla toqquşub.

İndoneziyanın axtarış və xilasetmə agentliyinin rəhbəri Məhəmməd Syafii bildirib ki, qəza əsasən yalnız qadınlar üçün nəzərdə tutulmuş vaqonda baş verdiyi üçün qurbanların əksəriyyətini qadınlar təşkil edir.

Seçilən
55
publika.az

1Mənbələr