AZ

Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeçiliyində olan Göygöyülün Şəhriyar kəndindəki Kəlbəcər rayonunun 75 saylı orta məktəbi bağlanır. 

Bu barədə Gununsesi.info-ya həmin məktəbdə çalışan bir qrup müəllim müraciətində bildirib.

Onların sözlərinə görə, regional təhsil idarəsi həmin məktəbin bağlandığını, orada çalışan müəllimlərin isə ətraf kəndlərdə işlə təmin olunmasına dair göstəriş aldıqlarını deyir.

Lakin müəllimlər bildirir ki, 10-12 dərs saatından ötrü bir kənddən başqa kəndə getmək qeyri-mümkündür.

Əslində, bu, məntiq etibarı ilə də doğru gəlmir. Çünki gedib-gəlmək, yol xərci, kəndlər arası marşrut qrafiklərinin dərs saatlarının üst-üstə düşməməsi məsələsi var. Nəzərə alsaq ki, müəllimlər arasında yaşlı insanlar da var, məsələ daha da qəlizləşir.

Baş verən bu hal ilə bağlı müəllimlər təhsil naziri Emin Əmrullayevdən xahiş edirlər ki, məsələni nəzarətə götürsün.

Onlar bildirir ki, heç olmasa, Şəhriyar kənd orta məktəbində işlə təmin olunmaqlarına imkan verilsin.

Elmar

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
icma.az

1Mənbələr