AZ

İranın neft saxlamaq üçün yerləri tükənir KİV

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İranın neft saxlamaq üçün yerləri tükənmək üzrədir və təxminən 12-22 günlük tutumu qalıb.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“ABŞ-ın dəniz blokadası ixracı təxminən 70% azaltdığı üçün Hörmüz boğazı vasitəsilə daşımalar, demək olar ki, dayanıb və heç bir tanker keçə bilmir.

Bu vəziyyət davam edərsə, İran may ayının ortalarına qədər gündəlik neft hasilatını daha 1,5 millyon barrel azaltmağa məcbur olacaq.

Buna baxmayaraq, maliyyə təsiri dərhal hiss olunmayacaq, çünki neft daşımalarının alıcılara çatması və ödənişlərin həyata keçirilməsi vaxt aparır. Bu isə artan təchizat çatışmazlığına baxmayaraq, İrana bir neçə ay vaxt qazandırır”, - məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
50
axar.az

10Mənbələr