AZ

ABŞ üçün çıxılmaz vəziyyət: İrandan gələn təklifi qəbul etməliyik

ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Davis Vaşinqtonun İranın irəli sürdüyü danışıqlar şərtlərini qəbul etməli olduğunu bildirib.

Publika.az xəbər verir ki, o, "X" sosial şəbəkəsində yazdığı paylaşımda bunu mövcud vəziyyətdə ən real çıxış yolu kimi qiymətləndirib.

Devisin sözlərinə görə, ABŞ hazırda ən zəif mövqedədir. "İranla aparılan mənasız müharibə səbəbindən yaranan maliyyə problemlərini aradan qaldırmaq üçün rasional qərar verməlidir. Hazırda edə biləcəyimiz və uğur şansı olan yeganə addım - Tehranın qəbul edə biləcəyi ən yaxşı şərtlərlə razılaşmaq və vəziyyətdən çıxmaqdır", - deyə o vurğulayıb.

O qeyd edib ki, İrana qarşı mümkün dəniz blokadası uğur gətirməyəcək, əksinə, ABŞ-a böyük zərər vuracaq.

Xatırladaq ki, İran ABŞ-a üç mərhələli danışıqlar planı təklif edib. Lakin Donald Tramp bu təşəbbüsə skeptik yanaşıb və yaxın günlərdə alternativ təkliflə çıxış etməyi planlaşdırır.

Seçilən
23
50
publika.az

10Mənbələr