Bakı. Trend:
Cəlilabadda azyaşlı piyadanın ölümü ilə nəticələnənyol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbərverir ki, aprelin 27-də saat 08 radələrində 1970-ci il təvəllüdlüYarməmmədov Həmid Edison oğlu idarə etdiyi “VAZ 21043” markalıminik avtomobili ilə Üçtəpə kəndindən Təzəkənd kəndi istiqamətindəhərəkətdə olarkən yolu keçən 2013-cü il təvəllüdlü Zamanov MuradMöhübbət oğlunu vurub.
Ağır xəsarətlər alan azyaşlı xəstəxanaya aparılarkən yoldahəyatını itirib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin İstintaq BölməsindəCinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb,araşdırma aparılır.