AZ

Pentaqonda jurnalistlər üçün yeni qayda: müşayiətsiz hərəkət qadağan edildi- ÖZƏL

ABŞ-da jurnalistlərin Pentaqon binasında sərbəst hərəkətinə yeni məhdudiyyətlər tətbiq olunub.  Olaylar.az xəbər verir ki, ABC News telekanalının məlumatına görə, artıq media nümayəndələri qurum daxilində yalnız rəsmi müşayiətçi ilə hərəkət edə biləcəklər.
Qərar Kolumbiya Dairəsi üzrə ABŞ Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilib. Hakimlər heyəti iki səsə qarşı bir səslə ABŞ Müdafiə Nazirliyinin mətbuatın fəaliyyətinə qoyduğu məhdudiyyətləri qanuni hesab edib.
Xatırladaq ki, mart ayında eyni məhkəmə The New York Times qəzetinin iddiasını təmin etmiş və nazirliyə nəşrin yeddi müxbirinin akkreditasiyasını bərpa etməyi, həmçinin 2025-ci ilin oktyabrında tətbiq olunan məhdudiyyətləri ləğv etməyi tapşırmışdı.
Buna cavab olaraq Pentaqon rəhbərliyi qərargahda media nümayəndələri üçün nəzərdə tutulmuş iş zonasını bağlayıb və jurnalistlərin müşayiətsiz girişini məhdudlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
50
olaylar.az

10Mənbələr