
Oyunçuların pley-off oyunlarını buraxma ehtimalını azaltmaq üçün Dünya Kubokunun qrup mərhələsindən və 1/4 finaldan sonra bütün sarı vərəqələrin ləğv edilməsi planlaşdırılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Athletic” qəzeti məlumat yayıb.
Məlumata görə, ABŞ, Kanada və Meksikada keçirilən turnirdə toplanmış xəbərdarlıqlara görə diskvalifikasiya ilə bağlı yeni qaydaların çərşənbə axşamı Vankuverdə keçiriləcək FIFA Şurasının iclasında müzakirə ediləcəyi və təsdiqlənəcəyi gözlənilir.