AZ

ABŞ vitse-prezidenti ilə Pentaqon arasında fikir ayrılıqları var - KİV

ABŞ vitse-prezidenti Cey Di Vens qapalı görüşlərdə dəfələrlə Pentaqonun İranla müharibə barədə məlumatlarını şübhə altına alıb.

Herbiand.az bildirir ki, bu barədə The Atlantic qəzeti iki yüksək vəzifəli administrasiya rəsmisinə istinadən xəbər verir.

Jurnalistlərin sözlərinə görə, Vens Müdafiə Nazirliyinin ABŞ-da qalan raketlərin sayını və İrandakı dağıntıların miqyasını şişirtdiyindən şübhələnir, lakin o, konkret ittihamlar irəli sürmədən Pentaqonun prezident Donald Trampı yanıltdığından narahatlığını dilə gətirir.

The Atlantic qəzetinin mənbələri müdafiə naziri Pit Heqsetin nikbin açıqlamalarının prezidentin bu cür sözləri eşitmək istəyindən qaynaqlandığını irəli sürür. Nəşr qeyd edir ki, Pentaqon brifinqləri səhər saat 8:00-da, Tramp Fox News telekanalına baxarkən keçirilir.

Vensin özü nəşrə verdiyi açıqlamada Pentaqon rəhbərinin işini əla adlandırıb. Ağ Ev sözçüsü isə vitse-prezidentin "strateji planlaşdırma ilə bağlı çoxlu dərin suallar verdiyini" vurğulayıb.

Nəşrin mənbələrinə görə, döyüş meydanındakı real mənzərə ABŞ üçün Pentaqon rəsmilərinin təsvir etdiyi qədər nikbin deyil. The Atlantic tərəfindən əldə edilən daxili kəşfiyyat hesablamalarına görə, İran Hörmüz boğazında gəmiçilik üçün əsas təhlükə yaradan hava qüvvələrinin üçdə ikisini, raket buraxıcılarının əksəriyyətini və kiçik sürət gəmilərinin əksəriyyətini saxlayıb. Bundan əlavə, Tehran hər gün yeni buraxıcı qurğularını istifadəyə salır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
6
50
herbiand.az

10Mənbələr