AZ

Qırğızıstan Aİ yə etiraz etdi

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Qırğızıstan şirkətlərinin Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiya paketinə daxil edilməsi etimadı sarsıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilib ki, bu, Aİ-nin Qırğızıstan və Mərkəzi Asiyanın digər ölkələri ilə əməkdaşlığı inkişaf etdirmək niyyəti barədə səsləndirdiyi bəyanatlara ziddir.

Nazirlikdən qeyd ediblər ki, Bişkek üçüncü ölkələrə qarşı birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqi praktikasından narahatlığını ifadə edir və Avropa İttifaqını respublikanın maraqlarını nəzərə alaraq daha ölçülüb-biçilmiş və konstruktiv dialoqa çağırır.

Xatırladaq ki, Qırğızıstan Aİ-nin sanksiyalardan yayınma ilə mübarizə mexanizmini tətbiq etdiyi ilk ölkə olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
50
bakivaxti.az

10Mənbələr