NATO ABŞ və Avropa ölkələri arasında artan fikir ayrılıqları fonunda hər il keçirilən sammitlər praktikasından imtina imkanını nəzərdən keçirir.Bu barədə Reuters mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, alyans son illərdə formalaşmış illik sammit ənənəsini dayandırmağı müzakirə edir. Mənbələr bildiriblər ki, bu təşəbbüs 2027-ci ildə ABŞ Prezidenti Donald Trump ilə keçirilə biləcək “potensial gərgin görüşlərdən yayınmaq” məqsədi daşıyır.