AZ

Qazaxıstan "Drujba" tranzit tənzimləmələri səbəbindən 260 min ton nefti yenidən bölüşdürəcək

Cari ilin may ayında "Drujba" neftinin Almaniyaya (Şvedt neft emalı zavodu) tranzit cədvəlinin tənzimlənməsi ilə əlaqədar olaraq, Qazaxıstan 260 min ton ixrac həcmini yenidən bölüşdürəcək.

"Report"un Qazaxıstan bürosu ölkənin Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu həcmlər alternativ marşrutlar vasitəsilə göndəriləcək.

Məlumata görə, 100 min ton neftin Ust-Luqa limanı, daha 160 min ton neftin daşınması isə Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə planlaşdırılır.

Nazirlik qeyd edib ki, axınların marşrutunun dəyişdirilməsi yükgöndərənlərlə razılaşdırılıb və əməliyyat xarakteri daşıyır.

"Nəqliyyat marşrutlarının dəyişdirilməsi illik neft hasilatı planının icrasına təsir göstərmir. Mövcud nəqliyyat infrastrukturu Qazaxıstana sabit ixracı və dünya bazarlarına xammalın fasiləsiz tədarükünü tam təmin etməyə imkan verir", - nazirin müşaviri və Energetika Nazirliyinin nümayəndəsi Asel Serikpayeva bildirib.

Seçilən
37
13
far.az

10Mənbələr