AZ

“Fənərbağça” Tedeskonu qovdu


Almaniyalı məşqçi Domeniko Tedesko Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi vəzifəsindən istefa verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İstanbul komandasının mətbuat xidməti məlumat yayıb.
“İdarə heyətimizin iclasında qəbul edilən qərarlara uyğun olaraq, baş məşqçimiz Domeniko Tedesko və onun məşqçilər heyəti ilə yollarımızı ayırdıq. Həmçinin idman direktorumuz Devin Özek və futbol koordinatorumuz Berke Çələbi ilə yollarımızı ayırmaq qərarına gəldik”, - klubun mətbuat xidməti bildirib.
Həmçinin, mövsümün sonuna qədər komandaya müvəqqəti olaraq köməkçi məşqçi Zeki Murat Gölenin rəhbərlik edəcəyi bildirlib.
Qeyd edək ki, 40 yaşlı Tedesko 2025 ci il sentyabrın 9-da iki illik müqavilə imzalayaraq, ”Fənərbağça”nın baş məşqşisi vəzifəsinə başlayıb. Onun rəhbərliyi altında “Fənərbağça” Türkiyə Super Kubokunu qazanıb.
Karyerası ərzində o, həmçinin Rusiyanın “Spartak Moskva”, Almaniyanın “Erzgebirge”, “Şalke” və “Leypsiq” klublarına da rəhbərlik edib. Tedeskonun rəhbərliyi altında “Leypsiq” 2021/22 mövsümündə ilk dəfə Almaniya Kubokunu qazanıb. 2023-cü ildən 2025-ci ilə qədər Tedesko Belçika millisini idarə edib.
Seçilən
31
15
yeniavaz.com

10Mənbələr